Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-22 09:07:00
Azərbaycanlı şagirdlərin oxu bacarıqları xeyli yaxşılaşıb – Beynəlxalq göstərici

PIRLS 2016 tədqiqatının nəticələrinə görə azərbaycanlı şagirdlərin oxu bacarıqları yaxşılaşaraq  2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 462 baldan 472 bala qalxıb.

AzEdu.az xəbər verir ki, PIRLS 2011 tədqiqatının nəticələri ilə müqayisədə azərbaycanlı şagirdlərin “mükəmməl” səviyyəyə daxil olan payı 0%-dən 2%-ə, “yüksək” səviyyəyə daxil olan payı isə 9%-dən 16%-ə yüksəlib.

Başqa sözlə, ölkə üzrə son 5 ildə “mükəmməl” və “yüksək” səviyyəyə uyğun nəticə göstərmiş ibtidai sinif şagirdlərinin sayı 2 dəfə artıb. “Aşağı” səviyyəyə uyğun nəticə göstərən uşaqların payı isə 37%-dən 27%-ə enərək 10% azalıb.

Qeyd edək ki, Azərbaycan Respublikası hər 5 ildən bir IV sınıf şagirdləri arasında Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən keçirilən PIRLS – oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatında ( Progress in İnternational Reading Literacy Study) iştirak edir. Tədqiqatın əsas məqsədi IV sinif şagirdlərinin oxu bacarıqlarının qiymətləndirilməsi və nəticələrin digər ölkələrlə müqayisə olunmasıdır. Tədqiqatın aparılması ölkə üzrə 170 ümumi təhsil müəssisəsi təsadüfi seçim yolu ilə müəyyənləşdirilib.