Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-07 11:55:00
Dövlət qulluğu üzrə müsahibədə 129 namizəd uğur qazanıb

Ümumilikdə 46 dövlət orqanında 379 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

AzEdu.az DİM-ə istinadən xəbər verir ki, müsahibədə 129 nəfər uğur qazanıb. Onlardan 73-ü Təhsil Nazirliyində, 17-si Maliyyə Nazirliyində, 9-u Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində, 7-si Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, 7-si Milli Arxiv İdarəsində, 3-ü Əqli Mülkiyyət Agentliyində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Qeyd edək ki, müsahibədə iştirak üçün 5304 nəfər sənəd verib. Müsahibə 2021-ci il yanvarın 29-da başa çatacaq.