Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-06 14:29:00
9 məzunumuz SOCAR-ın Karbamid zavodunda işə qəbul olub
Bakı Ali Neft Məktəbinin yerli və transmilli şirkətlərlə səmərəli əməkdaşlığı və Rektorluğun təşəbbüsü nəticəsində məzunlarımızın müxtəlif müəssisələrdə işlə təminatı məsələsi diqqətdə saxlanılır və hər cür dəstək göstərilir.
 
 
Universitetdən  AzEdu.az-a  verilən məlumata görə, belə uğurlu əməkdaşlıq nəticəsində bu günlərdə 9 məzunumuz SOCAR-ın Karbamid zavodunda işə qəbul olub.
 
 
Kimya mühəndisliyi ixtisasının məzunları Nigar Xoçbəkova, Elmir Mustafayev, Aynur Abbasova, Turan Əzimov, Vüsal Bədəlov, Nərgiz Eyyubova, Əfsanə Salamova, Zərifə Abdulova və Sultan Əliyev (2017-ci il məzunu) Kimyəvi emal sahəsi üzrə müxtəlif vəzifələrdə işə qəbul olunubar.
 
 
İlk mərhələdə qeyd olunan vakansiyalara uyğun gələn namizədlər seçilib və  daha sonra zavoda işəqəbul prosesi xüsusi onlayn müsahibə əsasında həyata keçirilib.
 
 
İşə qəbul olmaları münasibətilə məzunlarla görüşən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov onları  təbrik edərək, karyeralarında ilk addımı atan gənc mühəndislərə uğurlar arzulayıb.
 
 
Rektor bildirib ki, Bakı Ali Neft Məktəbinin SOCAR Karbamid zavodu ilə uzunmuddətli əməkdaşlıq əlaqələri mövcuddur. E.Qasımov Ali Məktəbin tələbələrinin mütəmadi olaraq zavodda istehsalat təcrübəsi keçdiyini və hazırda Krabamiddə müxtəlif vəzifələrdə uğurla çalışan 10-dan çox BANM məzunu olduğunu qeyd edib.
 
 
O həmçinin, təməli 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulan Karbamid zavodunun ölkə iqtisadiyyatında mühüm rol oynadığını və aparıcı istehsalat müəssisələrindən biri olduğunu vurğulayıb. 
 
 
Rektor məzunlara intellektual potensialları və bacarıqları ilə çalışdıqları müəssisənin inkişafında xüsusi rol oynamağı və BANM-i layiqincə təmsil etməyi tövsiyə edib. 
 
 
Qeyd edək ki, zavod ammonyak, maye və dənəvər karbamid istehsalı üzrə ixtisaslaşıb.