Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-01 12:40:04
Təhsilə ən çox pul ayıran ölkələr - SİYAHI

Ümumdünya İqtisadi Forumu hər il dünya ölkələrinin iqtisadi vəziyyəti açıqlayır.

ÜİF hazırladığı hesabatlarda müxtəlif ölkələrdəki təhsil xərcləri də aiddir. Hesabatdan aydın görünür ki, dünya ölkələrinin təhsil sistemləri bir-birindən fərqlənir. Bu sahəyə ayrılan xərclər həmin ölkənin təhsil sistemini də müəyyənləşdirir.

AzEDU həmin hesabatlara əsasən  dünyanın ən yaxşı orta təhsil  sisteminə sahib  olan ölkələri təqdim edir:

Yaponiya

Yaponiya İƏİT (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı)  qrupunda savad, elm və riyaziyyat üzrə ən yaxşı  ölkələrdən biri sayılır. Tələbələr ibtidai, orta məktəb və liseyi bitirmələrinə baxmayaraq, universitetə də daxil olmaq istəyirlər. Lisey icbari deyil, ancaq ora daxil olanlar 98 faiz təşkil edir.

Barbados

Barbados dövləti təhsilə böyük investisiyalar yatırır. Savadlılıq dərəcəsinə görə dünyanın ən yüksək göstəriciyə ( 98%) malik ölkələrindən biridir. İbtidai sinif 4-11 yaşları əhatə edir. Orta təhsil isə 18 yaşa qədər davam edir. Hər iki səviyyədə məktəblərin əksəriyyəti dövlətə məxsusdur.

Yeni Zelandiya

Yeni Zelandiyada ibtidai və orta təhsil 5 yaşdan 19 yaşa qədər davam edir. 6-16 yaş arasında təhsil icbaridir. Burada orta məktəblərin üç növü var. Təxminən 85% şagird dövlət məktəblərində, 12% sonradan dövlət məktəbi statusu qazanmış məktəblərdə, 3% isə özəl məktəblərdə təhsil alır.

Estoniya

2015-ci il məlumatlarına görə, Estoniya  Ümumi Daxili Məhsulunun təxminən 4% -ni təhsilə xərcləyir. Ölkənin 1992-ci il “Təhsil haqqında” Qanununda deyilir ki, təhsilin məqsədi, Estoniya xalqı, ailə və şəxsiyyətin inkişafı üçün əlverişli şəraitin yaradılması, etnik azlıqların inkişafını irəli çəkmək, Estoniyada iqtisadi, siyasi və mədəni həyat, qlobal iqtisadi və mədəni kontekstdə təbiətin qorunması, vətəndaşlıq dəyərlərinin tədrisi və ömür boyu ümumxalq ənənəsinin qorunması üçün zəmin yaratmaqdır.

İrlandiya

İrlandiyada orta məktəblərin əksəriyyəti özəl olsa da, dövlət büdcəsindən maliyyələşir. Bundan başqa, dövlət və peşə məktəbləri də var. Son hesabatda göstərilir ki, İrlandiyanın təhsil xərci digər inkişaf etmiş ölkələrlə müqayisədə  2008 -2013-cü illər maliyyə böhran səbəbindən 15%-ə qədər azalıb.

Qətər

Zəngin neft ölkəsi olan olan Qətər təhsil innovasiyaları sahəsində ən əhəmiyyətli fiqurlardan biridir. Ölkə "Vision 2030" proqramı çərçivəsində təhsil standartlarının inkişafına maraq göstərir. Dövlətin maliyyələşdirdiyi məktəblər yalnız Qətər vətəndaşlarına pulsuz təhsil təklif edir. Xarici vətəndaşlar isə daha çox özəl məktəblərə üstünlük verirlər.

Hollandiya

Hollandiya qlobal təhsil rifahına liderlik edir. Orta məktəbə qədər təhsildə ev tapşırığı olmur. Məktəblər dini və neytral olaraq iki yerə bölünür. Bir sıra özəl məktəblər də fəaliyyət göstərir.

Sinqapur

Sinqapur PİSA testlərində inanılmaz dərəcədə yüksək mövqeyə sahibdir. Bu testlər müxtəlif ölkələrdə məktəblilərin göstəricilərini müqayisə edir və məqsədlərini ölçür. Ölkədəki çox mürəkkəb təhsil sistemi həm də tələbələrə çox stress yaşadır.

Belçika

Belçikada orta məktəblər ümumi, texniki, peşə və incəsənət orta təhsil müəssisələri olaraq dörd yerə bölünür. ABŞ-da yerləşən Fulbright Komissiyasının-Belçika və Lüksemburqla tələbə mübadiləsi təşkil edən təşkilatdır-məlumatına görə, ölkədə ən prioritet sahə təhsildir. Belçikada regional hökumət illik büdcəsinin ən böyük payını təhsilə ayırır. 4-18 yaş arasında uşaqlar dövlət və özəl məktəblərə gedə bilirlər və heç bir xərc ödənilmir.

İsveçrə

İsveçrədə uşaqların cəmi 5 faizi özəl məktəblərə gedir. İsveçrədə dərslər bölgələrdən asılı olaraq müxtəlif dillərdə keçirilir. Tədrisin alman, fransız və ya italyan dillərində aparılır. Orta məktəbdən sonra şagirdlər bacarıqlarına görə müxtəlif qruplara ayrılırlar.

Finlandiya

Finlandiya mütəmadi olaraq dünya təhsil sisteminin reytinqinə rəhbərlik edir. Bütün şagirdlər bacarıqlarından asılı olmayaraq, eyni siniflərdə təhsil alırlar. Fin məktəbləri az ev tapşırığı verir və 16 yaşında yalnız bir məcburi test imtahanı olur.

Əsmər Qabil