Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-04 15:12:00
UNEC-də yenilik - virtual dekanlıq  

 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) virtual dekanlıq yaradılıb.

 

UNEC-dən AzEdu.az-a verilən məlumata görə,  distant tədris zamanı tələbələrlə və fakültədaxili kommunikasiyanın təmin edilməsi məqsədilə yaradılan virtual dekanlığın fəaliyyəti “Facebook”, “WhatsApp”, “Zoom” və e-mail üzərindən aparılacaq.

 

Fakültələr, katibliklər, müvafiq idarəetmə strukturlarının təmsil olunduqları virtual dekanlıqda tələbələrin müraciətləri operativ cavablandırılacaq, tədrislə bağlı yeniliklər və məlumatlar paylaşılacaq. Virtual platformada universitet idarəetməsi fəaliyyətində də operativlik təmin ediləcək.

 

Virtual platformaya UNEC-in Zaqatala filialı da qoşulacaq.