Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-21 13:36:12
Bakıda tələbəni qətlə yetirən şəxslərə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rəşad Həsənov və Aftandil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

AzEdu.az APA-ya istinadən xəbər verir ki, hakim Şəkər Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Rəşad Həsənov 17 il, Aftandil Məmmədov isə 18 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hadisə ötən il Bakının Nəsimi rayonunda baş verib. Memarlıq və İnşaat Universitetinin tələbəsi Samir Mehdiyevin zorakılıq əlamətləri olan meyiti rayonun Fikrət Əmirov küçəsində aşkar edilib.

22-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Samir Mehdiyevi qətlə yetirənlər müəyyən olunub.

Qətli törədən Bakı şəhər sakini Rəşad Həsənov və Ağstafa rayon sakini Aftandil Məmmədov həbs edilib.