Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-03 09:30:00
Müharibə dövrünün aktiv rektorları – Sosial paylaşımlar, tələbələrə dəstək...-FOTO

Hazırda  respublikanın  hər  yerində  milli  birlik  və  ruh  yüksəkliyi  müşahidə olunur.

 

Xüsusi  ilə də sosial  şəbəkələrdə  siyasi-ictimai xadimlərlə yanaşı  elm  və  təhsil  nümayəndələri  də bu  günlərdə  yüksək  aktivlik  göstərirlər.

 

AzEdu.az  xəbər verir ki,  onlar arasında  Azərbaycan Universitetlərinin  rektorları  da  yer alır.

 

Cəbhədə döyüşlər başladığı gündən etibarən  Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru  Ədalət  Muradov  sosial  şəbəkə  hesabında  xüsusi fəallıq göstərir.

 

Rektor  daimi  şəkildə  sosial şəbəkə  hesabı  vasitəsi  ilə ruh yüksəkliyinin qorunması, cəbhədə olan əsgərlərə dəstək, dünya ölkələri və təşkilatlarının Qarabağ  mövzusuna  yanaşması ilə bağlı  paylaşımlar  edir. Bununla yanaşı  o  Ermənistan ərazisindən  rayonlarımızın, mülki əhalinin atəşə tutulmasını  kəskin şəkildə qınayır.

 

Rektor əsasən Azərbaycan və rus dillərində paylaşımlar edir.

 

 

Bu günlərdə sosial şəbəkələrdə xüsusi aktivliyi ilə seçilən rektorlardan biri Bakı Ali Neft Məktəbinin rektoru  Elmar Qasımovdur.

 

Rektor cəbhədə  davam  edən  proseslə  bağlı  fəal şəkildə paylaşımlar edir. Paylaşımlarında  Gəncə, Bərdə və Tərtərə  olan  roket  hücumları, mülki əhalinin hədəfə  alınmasını  qınayır. Eyni zamanda Türkiyə və Azərbaycan qardaşlığına diqqət çəkir. Ərazilərimizin işğaldan azad edilmə xəbərlərini xüsusi olaraq  paylaşır. Bununla yanaşı  rektor paylaşımlarında gənclərin başlatdığı  həştəqlərə qoşularaq onların təşəbbüsünə dəstək verir.

 

Rektor əsasən Azərbaycan və İngilis dillərində paylaşımlar edir.

 

 

Hər zaman sosial şəbəkələrdə  aktivliyi  ilə seçilən Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov da bu günlərdə xüsusi fəallıq göstərir. Rektor  cəbhədə  davam  edən  proses, gələn zəfər xəbərləri, erməni tərəfinin törətdiyi cinayətlər, mülki  əhaliyə qarşı  törədilən cinayətlərlə bağlı daimi paylaşımlar edir. Eyni zamanda  Şahin Bayramov  Mingəçevir ASAN Xidmət tərəfindən təşkil edilən “Əsgərə Məktub” layihəsinə qoşulub.   Rektor paylaşımlarında  aktiv şəkildə  gənclərin Qarabağ həqiqətlərini, erməni terrorunu dünyaya çatdırmaq üçün başlatdığı həştəqlərdən istifadə edir. Bununla yanaşı  Prezident  İlham Əliyevin  çıxışları,  xarici mediaya  müsahibəsindən olan vacib hissələrə  paylaşımlarında  diqqət çəkir.

 

Rektor əsasən  Azərbaycan, rus və ingilis dillərində paylaşımlar edir.

 

 

 

Qeyd edək ki, hazırda cəbhə bölgəsində Azərbaycan ordusunun  həyata keçirdiyi işğaldan  azad  etmə  əməliyyatları  davam  edir.

 

Qarabağ  Azərbaycandır!