Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-21 13:00:00
Akif Əlizadədən Təhsil Nazirliyinə İRAD: “Mən burada elm, alimlər haqqında heç nə  eşitmədim”

“Heç bilirsiz, akademiyada necə vəziyyət yaranmışdı? Akademiyada belə bir şərait yarandı ki, mən rəhbər olaraq  bir tərəfə qaldım, rəyasət heyətinin üzvləri  isə tamamilə bir oppodisiya yaratdı. Dedilər ki, “Akif müəllim sizin bu yeniliyiniz akademiyada asperanturanı dağıda bilər”.

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbirində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik  Akif  Əlizadə  deyib.

AMEA-nın prezidenti hesabatda elm adamları, alimlər haqqında  danışılmadığını irad olaraq bildirib:

“Mən burada elm, alim haqqında bir söhbət eşitmədim. Halbuki, bu ən vacib istiqamətlərdəndir. Elm və təhsil bir-birindən ayrılmazdır. Təhsilimiz axsasa, şübhəsiz ki, bunun elmə də təsiri olacaq. Elmi yüksəlib səmaya qalxan böyük ağac kimi təsvir etsək, görərik ki, onun kökləri ali, əsası isə ibtidai təhsildir. Biz beş ildə akademiyada demək olar ki, elmlə təhsilin inteqrasiyası istiqamətində çox işlər görmüşük. Güman edirəm ki, bu işlər növbəti beşillikdə də  xeyli şaxələnəcək”.

Akademik bütün ali təhsil müəssisələrinə qəbuldə TOEFL və İELTS ballarının tələb olunmasını təklif edib: 

“Mənim bir neçə konkret təklifim var. Bilirsiz ki, biz həm magistratura, həm də doktorantura pilləsində ingilis dili kafedrasından imtina etdik. Düşündük ki, bu kafedraya ehtiyac yoxdur və onu bağladıq . Əvəzində isə akademiyaya qəbul olunan magistr, doktorantlar hətta namizədlik imtahanını verəndə də TOEFL və İELTS vasitəsilə verirlər. Birinci təklifin bundan ibarətdir: Baxın, Təhsil Nazirliyi, rektorlar, diqqət edin. Əgər təklifim qəbuldursa, bizim ali təhsil müəssisələrində TOEFL və EİELTS-ə keçmək lazımdır. Mən bunun başqa yolunu görmürəm. Akademiyada bunun müsbət nəticəsi dərhal özünü göstərdi. Heç bilirsiz, akademiyada necə vəziyyət yaranmışdı? Akademiyada belə bir şərait yarandı ki, mən rəhbər olaraq  bir tərəfə qaldım, rəyasət heyətinin üzvləri  isə tamamilə bir oppodisiya yaratdı. Dedilər ki, “Akif müəllim sizin bu yeniliyiniz akademiyada asperanturanı dağıda bilər”. Amma mən çox təkidlə bu yeniliyi tətbiq etdim. Həyat göstərdi ki, bu iki il ərzində doktoranturanın da, asperanturanın da keyfiyyəti xeyli artdı. İELT və TOEFL ilə qəbul olunan  alimlərimiz indi beynəlxalq konfranslarda sərbəst şəkildə təmsil oluna bilirlər”.