Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-02 11:23:00
“Buraxılışla qəbul birləşdirilməli, sadələşdirilmə aparılmalıdır”-Deputatlardan təklif

 

 

“Buraxılışla qəbul imtahanlarının birləşdirilməsi ilə bağlı təklif  Milli Məclisdə müzkirəyə çıxarılacaq  ən düzgün qərar qəbul ediləcək”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü  Fatma Yıldırım deyib.

 

Qeyd edək ki, ötən həftə Milli Məclisin plenar iclasında deputat Aqiyə Naxçıvanlı  buraxılışla qəbul imtahanlarının birləşdirilərək vahid imtahan mexanizminə keçilməsi ilə  bağlı təklif irəli sürüb.

 

Elm və təhsil komitəsinin üzvü Fatma Yıldırım həmkarının bu fikrini yüksək qiymətləndirərək, onun faydalılıq tərəfindən bəhs edib: 

 

“Ölkə olaraq, həm erməni işğalçıları, həm də koronovirusla müharibə şəraitindəyik. Koronovirus bütün dünya, eləcə də bizim üçün  gözlənilməz bəla oldu. Gündəlik statistikalara baxsaq, yoluxma hallarının xeyli artdığını görərik. Nəticədə məktəblər bağlandı, daha sonra, distant  təhsilə keçildi. Müharibə şəraitilə bağlı ölkədə internet məhdudiyyətinin olmasını nəzərə alaraq, Aqiyə xanımın təklifini yüksək qiymətlənidirirəm.

 

Hazırda mövcud çətinliklərə görə bu dönəm üçün təklifin qəbul edilməsi  müsbət hal olardı. Bu baxımdan Aqiyə Naxçıvanlının irəli sürdüyü təklif  Milli Məclisdə müzkirə edilərək ən düzgün qərar qəbul ediləcək.

 

Bu gün hər birimizin ürəyi cəbhə ilə döyünür. Ordumuzun zəfər çalacağına inanıram. Və bütün çətinliklərə baxmayaraq, şagirdlərimizin, qələbədən ruhlanaraq, yüksək nəticə göstərəcəklərinə əminəm”.

 

 

“Ümumiyyətlə, qəbul imtahanları son dərəcə sadələşdirilməsinin tərəfdarıyam”

 

Deputat  Əziz Ələkbərli də Aqiyə Naxçıvanlının təklifini yüksək qiymətləndirməklə yanaşı, ümumiyyətlə, qəbul imtahanları son dərəcə sadələşdirilməsinin tərəfdarıyam”

 

 

 

“Dəyərli millət vəkilimiz Aqiyə xanımın təklifini də yüksək qiymətləndirməlidir.  Ümumiyyətlə,  qəbul  imtahanları son dərəcə sadələşdirilməsinin tərəfdarıyam. İndiki vəziyyətdə abituriyentlərin ali  məktəblərə qəbul olunması məsələsi haqda çətinlik  və gərginlik yaşanır.  

 

Nəticədə məzunlarımızın böyük bir qismi  xarici dövlətlərə  üz tutur, ölkədən xaricə külli miqdarda kapital axını baş verir.

 

Bu səbəbdən, düşünürəm ki, dünya təcrübəsinə müraciət etmək lazımdır.  Hər kəsə eyni dərəcədə ali məktəblərə qəbul olmaq şansı yaradılmalı, təhsil prosesində  tələbləri artırmaq  lazımdır. 

 

Digər ölkələrdəki kimi, universitetə qəbul xeyli asan, orada oxumaq isə çətinləşdirilməlidir. Bu zaman potensialı daha yüksək olan tələbələr  ali təhsil alacaqlar.  Xüsusilə ödənişli təhsil məhdudiyyəti götürülməlidr. 

 

Şəxsi vəsaiti hesabına  təhsil almaq istəyən şəxslərə də əlavə imkan yaradılmalıdır.  Bunun üçün də, ali məktəblər müəllim kontingentinin artırmalı, yaxud da başqa üsullardan istifadə edilməlidir”.