Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-02 10:36:00
Peşə təhsili üzrə müəllimlərin işə qəbulunun müsahibə mərhələsi davam edir

Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulunda regionlar üzrə elan edilən ixtisas fənn müəllimi və istehsalat təlimi ustası vakansiyalarına müraciət ünvanlayan və ilk mərhələdən uğurla keçənlər növbəli şəkildə müsahibəyə dəvət olunurlar.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq ölkə ərazisində xüsusi karantin rejimi müddətinin uzadılması və bir sıra məhdudiyyətlərin tətbiqi ilə əlaqədar olaraq müəllimlərin işə qəbulu üzrə müsahibələr elektron qaydada aparılır. Cəbhəboyu ərazilərdə yer alan peşə təhsili müəssisələrinə qəbul üzrə müsahibələrin təşkilində müəyyən çətinliyi nəzərə alaraq, hazırkı dövrdə müsahibə mərhələsinin qeyri-müəyyən müddətədək uzadılması nəzərdə tutulur.

 

Qeyd edək ki, Bakı və Sumqayıt şəhərlərindən müraciət edən namizədlər üçün müsahibə mərhələsi oktyabrın 23-də yekunlaşıb.