Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-21 12:36:46
"Məktəbdaxili qiymətləndirmə yeni tədris ilindən tətbiq olunacaq" - NAZİR

"Tərəfimizdən məktəbdaxili qiymətləndirmə ilə bağlı təhlillər aparılıb. Yaxın vaxtlarda bununla bağlı müvafiq qərar qəbul ediləcək". 

AzEdu.az-ın  xəbərinə görə, bunu təhsil naziri Ceyhun Bayramov Nazirliyin hesabat tədbirində çıxışı zamanı deyib. 

Nazir qeyd edib ki, şagirdlərin dərs və imtahan yükünü azaldacaq yeni məktəbdaxili qiymətləndirmə 2018/2019-cu tədris ilindən tətbiq olunacaq.