Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-01 13:31:00
Doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanına qeydiyyat davan edir    

Doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün qeydiyyat 10-dək davam edir.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a verilən məlumata, sənədlərini ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlarına təqdim etmiş iddiaçılar DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalı və xarici dil üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.

 

İmtahanda iştirak ödənişlidir. Namizədlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan 90 (doxsan) manat məbləğində pul vəsaitini (xarici dil imtahanından azad olunanlar istisna olmaqla) əlavə etməlidirlər. Qüvvədə olan müvafiq xarici dil sertifikatına malik namizədlər xarici dil imtahanından azad olunur və ərizənin təsdiqi zamanı heç bir ödəniş etmirlər. Digər namizədlər ərizələrini təsdiq edərkən onların şəxsi kabinetinin pul hesabından tələb olunan məbləğ (90 manat) silinir.