Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-31 11:51:00
Həkim koronavirusu yüngül keçirməyin şərtini açıqladı

Bədənin koronavirus infeksiyası da daxil olmaqla müxtəlif viruslarla mübarizə aparması üçün immun sistemini hazırlamaq lazımdır. Eyni zamanda mütəxəssis infeksiya riskindən tamamilə qorunmağın hələ mümkün olmayacağını söyləyir.


AzEdu.az xəbər verir ki, allerqoloq-immunoloq Vladimir Bolibok immuniteti möhkəmləndirməyin yollarını açıqlayıb.


"Sağlam qidalanma, vitaminləşmə, lazımi miqdarda mikroelementlərin alınması immuniteti yaxşı səviyyədə saxlayır. Bütün bunlar immuniteti xəstəliklərə qarşı durmağı təmin edən amillərdir", - Bolibok Komsomolskaya Pravda radiosunun efirində deyib.


Doktor bu metodların sizi COVID-19 infeksiyasından qorumayacağını, ancaq immunitetin xəstəliyin öhdəsindən daha asan və daha sürətli gəlməsinə kömək edəcəyini açıqlayıb. Bundan əlavə, onların sayəsində infeksiya yüngül bir formada keçə bilər. (publika.az)