Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-21 12:01:31
Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı AÇIQLANDI

Azərbaycanda diaqnostik qiymətləndirmədən keçən müəllimlərin 3,5 faizi 900 manat və daha çox əməkhaqqı alır. 

AzEdu.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbirində çıxış edən Təhsil İnstitutunun direktor əvəzi Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, 2014-2017-ci illər ərzində Azərbaycanda 134 136 müəllim diaqnostik qiymətləndirmədən keçib.

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin 23,5 faizi 300 manatadək, 35,9 faizi 300-500 manat, 27,1 faizi 500-700 manat, 10 faizi 700-900 manat, 3,5 faizi 900 manat və daha çox əməkhaqqı alır.