Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-30 17:50:00
Təhsil Nazirliyi yeni noutbuklar alır

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 6,7 milyon manat dəyərində noutbukların alışını həyata keçirəcək.

 

AzEdu.az xəbər verir ki, Oxu.Az-ın dövlət elektron satınalmaları portalından əldə etdiyi məlumata əsasən, Təhsil Nazirliyi noutbukların satınalınması üzrə elan etdiyi açıq tenderə yekun vurub.

 

Nazirliyin müvafiq İdarəsi ilə “BestComp Group” MMC arasında 6 milyon 657 min 147 manat dəyərində müqavilə bağlayıb.

 

Müqaviləyə əsasən, şirkət nazirliyi tələb olunan sayda noutbuklarla təmin edəcək.

 

Qeyd edək ki, İT şirkəti olan “BestComp Group” şirkəti 1995-ci ildən fəaliyyət göstərir və dünyanın 50-dən artıq informasiya texnologiyaları istehsalçısının rəsmi tərəfdaşıdır.