Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-30 12:27:00
DİM-də ACCA imtahanlarının keçirilməsinə başlanılıb

İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (The Association of Chartered Certified Accountants - ACCA) müvafiq sahə üzrə dünyada ən geniş yayılmış beynəlxalq assosiasiyadır. Bu assosiasiyada 179 ölkədən 544 000 tələbə və 227 000 üzv qeydiyyatdadır. Hazırda Azərbaycanda ACCA-in tələbə və üzvləri iri yerli və xarici şirkətlərdə, maliyyə və audit müəssisələrində, mühasibat sahəsində banklarda və s. yerlərdə çalışırlar.

 

AzEdu.az xəbər verir ki, bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, ACCA kvalifikasiyası davamlı iqtisadi inkişaf və cəmiyyətdə irəliləyiş yaradılması üçün zəruri olan maliyyə və iş bacarıqlarına sahib mütəxəssisləri inkişaf etdirir. ACCA-in peşəkar mühasibləri hər gün insanlara və təşkilatlara düzgün qərarlar qəbul etməkdə və düzgün işlər görməkdə dəstək olurlar. ACCA kvalifikasıyasına üzv olmaq istəyən namizədlər aşağıda adları qeyd edilən 11 imtahandan müvəffəqiyyətlə keçməlidirlər.

 

1.Mühasibat uçotunun əsasları üzrə proqramlar (Foundations in Accountancy)

 

FA1 Maliyyə əməliyyatlarının qeydiyyatının aparılması (Recording Financial Transactions);

 

MA1 İdarəetmə məlumatları (Management Information);

 

FA2 Maliyyə qeydlərinin aparılması (Maintaining Financial Records);

 

MA2 Xərclərin və maliyyənin idarə edilməsi (Managing Costs and Finance);

 

FBT Biznes və Texnologiya (Business and Technology);

 

FMA İdarəetmə uçotu (Management Accounting);

 

FFA Maliyyə uçotu (Financial Accounting) .

 

2. ACCA kvalifikasiyası (ACCA Qualification)

 

BT Biznes və Texnologiya (Business and Technology);

 

MA İdarəetmə uçotu (Management Accounting);

 

FA Maliyyə uçotu (Financial Accounting);

 

LW Korporativ və biznes hüququ (Corporate and Business Law ENG & GLO).

 

Kompüter əsaslı ACCA imtahanları Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlı əsas binasında, həftədə 2 dəfə olmaqla – çərşənbə axşamı və cümə axşamı keçirilir.

 

Test mərkəzimizdə imtahan vermək istəyən namizədlər linkə daxil olub ACCA və mərkəzimiz haqqında daha ətraflı məlumat əldə edə bilərlər.