Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-30 09:25:00
102 tələbə Prezident təqaüdünə layiq görüldü  

Oktyabrın 29-da ölkə Prezidenti cənab İlham Əliyev "2020-2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında" sərəncam imzalayıb.

 

AzEdu.az  xəbər verir ki, sərəncama əsasən, 2020-2021-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və yerli ali təhsil müəssisələrinə  daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək.