Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-28 13:02:00
AGMA ali pedaqoji təhsilli gəncləri Təcrübə Proqramına dəvət edir  

 

 

Gənc müəllimlərin milli ictimai platforması olan Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) ali pedaqoji təhsilli gəncləri könüllü əsaslarla Təcrübə Proqramında iştirak etməyə dəvət edir:

 

AzEdu.az xəbər verir ki, Təcrübə Proqramının məqsədi ali pedaqoji təhsilli gənclərin bilik, bacarıq və təcrübələrini artırmaqla təhsilin inkişafı istiqamətində AGMA Katibliyinin fəaliyyətini daha da genişləndirməkdir.

 

Təcrübə Proqramı AGMA Katibliyində aşağıdakı fəaliyyət sahələrini əhatə edəcək:

 

Təşkilati məsələlər və üzvlərlə iş;

 

Tədris və təlim;

 

Layihə və proqramlar;

 

İctimai əlaqələr və kommunikasiya;

 

Sosial media və şəbəkələrlə iş;

 

Beynəlxalq əlaqələr və əməkdaşlıq;

 

Sosial və humanitar işlər.  

 

Seçim 2 (iki) mərhələdən ibarət olacaq:

 

1-ci mərhələ: ərizə müraciətlərin qəbulu və ilkin seçim;

 

2-ci mərhələ: canlı və ya onlayn müsahibə keçirilməsi və yekun qərar.

 

Təcrübəni uğurla başa vurmuş gənclər təcrübəçi sertifikatı ilə təltif olunacaqlar.

 

Təcrübə Proqramına qatılmaq üçün tələb olunan əsas meyarlar:

 

– 19-29 yaş aralığında olmalı;                                                                                      

– Ali pedaqoji təhsilli olmalı (4-cü kurs tələbələri də müraciət edə bilər);

– İşində yüksək motivasiyalı olmalı;

– Təşəbbüskar və məsuliyyətli olmalı;

– Komanda ilə işləmə bacarığı olmalı.

 

Əgər siz də, təhsil və ictimai sahədə özünüzü tanıtmaq və təhsildə olan yeni çağırışlara uyğun daim inkişafda olmaq istəyirsinizsə, AGMA ailəsinə qoşulun!.

 

Ərizələrin qəbulu üçün son müraciət tarixi: 11 noyabr 2020-ci il.

 

Əlavə məlumat üçün 050 321 49 64 mobil nömrəsi və [email protected] e-poçtu ilə əlaqə saxlaya bilərsiz.

 

Qeyd: Təcrübə Proqramı ödənişsiz əsaslarla həyata keçirilir.

 

Qeydiyyatdan keçmək və ərizə müraciət göndərmək üçün link: https://docs.google.com/forms/d/e/1FAIpQLSde1DVb7rFPldxlCQvQbYB59epWw_5HMHVazk5MamGLU-5kRA/viewform?usp=sf_link