Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-27 17:11:00
Ermənistanın Bərdəyə atdığı raket zərərsizləşdirildi           

Oktyabrın 27-i saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən atılan raket Bərdə rayonu ərazisində Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən zərərsizləşdirilib.

 

AzEdu.az-ın məlumatına bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

 

Nəticədə rayonun Qarayüsifli kəndi ərazisində raket partlayıb və 2 mülki şəxs həlak olub, yaralılar var.