Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-27 15:12:00
Norveçin ən məşhur saytından təxribatçı Qarabağ yazısını sildirən türk yazardan inanılmaz etiraf... - MÜSAHİBƏ

Norveçin ən çox oxunan, həmçinin ən çox izlənən veb saytı olan VG qəzeti Qarabağ müharibəsi ilə bağlı yazdığı məqaləyə görə üzr istəməyə məcbur edilib.

Həm türk xalqına, həm də azərbaycanlılara qarşı yönəlmiş təxribatçı məqaləni oxuyan Norveçin türk əsilli yazıçısı Sercan Leylek müəllif Nilas Consenlə əlaqə saxlayıb, bu yazının sülhə, obyektivliyə xidmət etmədiyini bildirir. Bir müddət sonra qəzetin rəhbərliyi üzr istəyərək, məqaləni yayımdan çıxarır.

AzEdu.az xəbər verir ki, Publika.az-ın həmsöhbəti yazıçı Sercan Leylekdir. Onunla Norveç mediasının provakativ addımına və bir sıra digər məsələlərə aydınlıq gətirdik.

- Sercan bəy, sözügedən provakativ məqalə qəzetin veb saytından silinəndən sonra hansı reaksiya ilə qarşılaşdınız?

- Qəzetin qurucusu Tora Bakken Handlikken üzr istədikdən sonra həmkarı Nilas Consen sosial hesabımı bloklamağı özünə çarə bildi. Halbuki fikrimi olduqca nəzakətli şəkildə bildirmişdim. Norveç mediası türk xalqına qarşı manipulyasiya ilə məşhur olan Conseni çox yaxşı tanıyır.

- Avropa mediasını bürüyən “fake” məlumat dalğası Norveçdə yaşayan erməni lobbisinin təsirinin göstəricisidir?

- Əslində Norveçdə erməni lobbisi güclü deyil. Lakin Azərbaycanın haqq davasında sırf ermənilər xristian olduqları üçün onların tərəfinə keçənlərin sayı çoxdur. Bu qrupun rəhbərləri də Norveçdəki irqçilərdir. İrqçilər də bildiyiniz kimi, bütün münaqişələri iki cəbhəyə bölürlər xristian-müsəlman. Bundan başqa yerli mediada da türk düşmənliyi siyasəti var. İstənilən mövzuya erməni soyqırımı mövzusu da yamaq olunur. Kədərli hal budur ki, Norveç mediasınnda bu günədək Xocalı qətliamından bəhs edən yazı oxumamışam.

- Rica edirəm etiraz məktubunuzu bizimlə də paylaşın.

- Məktubda bir sıra məqama toxundum. Türklərin nifrət edilən xalq olaraq tanınmasına qarşı çıxdığımı bildirdim. Müharibə üzərindən gəlir qazanmağa can atdıqlarını tənqid etdim. Bu addımın etik davranış olmadığını çatdırdım.

“Norveçdəki türk vətəndaşlarının ölkəyə inteqrasiyasını baltalamayın. Heç kim üzərinə nifrət yağan ölkədə yaşamaq istəməz. Norveç mediası türklərin mühacirətinin qarşısını almaqda gücsüz olduqlarını bildirirlər. Doğrudur, bizim də bir sıra qüsurlarımız var. Lakin bütöv xalqa bəslədiyiniz nifrət bizim xırda qüsurlarımızdan çox böyükdür. Ölkənin baş naziri Erna Solberq müsəlmanlara qarşı nifrətlə dövlət səviyyəsində mübarizə aparır. Həmçinin irqçilərə qarşı müəyyən cəzalar nəzərdə tutulur. Bir yandan da ölkənin ən məşhur qəzeti türklərə, müsəlmanlara nifrət qusur. Norveçli türk kimi bu addımın nə dərəcədə səmimi olduğuna şübhə edirəm. Xüsusən də dünyada baş verən digər haqsızlıqlara səssiz qalan Norveç mediası niyə türklərə, Qarabağa qarşı ayrıseçkilik edir?”

- Sercan bəy, yazıçılıq fəaliyyətiniz Norveçlə bağlıdır, elə deyilmi?

- Bəli. Baxmayaraq ki, ixtisasca kömpüter mühəndisiyəm, Norveçdə bir neçə romanım işıq üzü görüb. Həmçinin köşə yazılarımla da Norveç ictimaiyyətinə qatılmışam. Onu da xatırladım ki, 1 noyabr tarixində Oslo Parlamentinin önündə Qarabağa dəstək yürüşü keçirəcəyik. CAN Norveç qurumunun təşkil etdiyi bu yürüşdə mənim də təsirli nitqim olacaq.

- Dəstəyiniz və sevginiz üçün minnətdarıq. Növbəti kitablarınızın təqdimatını Qarabağda təşkil etmək arzusu ilə...

- Mən təşəkkür edirəm. O günü gözləyirəm.