Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-23 17:08:00
Dövlət qulluğu üzrə test imtahanının nəticələrinə Apelyasiya Komissiyasında baxılacaq    

İnzibati vəzifələrin A növünə aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün oktyabrın 23-də keçirilmiş test imtahanının nəticələrinə Apelyasiya Komissiyasında baxılacaq.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, komissiya oktyabrın 26-dan 28-dək saat 14:00-dan 17:00-a kimi Dövlət İmtahan Mərkəzində (Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə, 28 - keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında fəaliyyət göstərəcək.

 

Xatırladaq ki, imtahanda iştirak edən 64 namizəddən 12-si tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.