Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-20 12:09:00
Magistratura imtahanlarında ərizəsini təsdiq edənlər, müsabiqəyə buraxılanlardan çoxdur”- Kuryoz rəqəm

“Magistratura pilləsinə daxil olmaq üçün ixtisas seçimi ərizəsini təsdiq edənlərin sayı, müsabiqəyə buraxılanların sayından çoxdur”.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, bu gün magistratura pilləsinə qəbul olmaq istəyən balakavrların  ixtisas seçimi ərizələrini təsdiq etmələri üçün ayrılan vaxt başa çatıb:

“Çox maraqlı bir rəqəm ortaya çıxıb. Ərizəsini təsdiq edənlərin sayı, müsabiqəyə buraxılanların sayından çoxdur. Deməli, 2018-2019-cu  tədris ilində ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına, ümumilikdə,  8391 plan yeri ayrılıb. Bunlardan 5858 yer Azərbaycan bölməsi, 866 yer rus bölməsi, qalan 1667 yer hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub.

Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticəsinə əsasən, 7228 bakalavr ixtisaslaşma seçimi etmək hüququ qazanıb. Təsdiq edilən ərizələrin sayı isə belədir:

Azərbaycan bölməsi üzrə 6689 bakalavr;  rus bölməsi üzrə 589 bakalavr;  cəmi – isə 7278 bakalavr.

Saat 10:00-a olan məlumata görə, 7279 say olsa da, hazırda bu rəqəm 7278 olub. Bütün hallarda 50 nəfər artıqdır”.

Qeyd edək ki, 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi müddəti 20 iyun saat 10:00-a qədər uzadılmışdı.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları