Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-22 12:32:00
  Hərbi jurnalistika tədrisinin keyfiyyəti – “Paraşüt” jurnalistlər meydana çıxıb

 

 

 

Hazırda  cəbhə  bölgəsində  davam  edən  döyüşlərin gedişatı qədər cəmiyyətin düzgün və operativ şəkildə məlumatlandırılması da vacibdir.

 

Bu  zaman  informsiyanı  cəmiyyətə  ötürən  jurnalistin  peşəkarlığı  məsələsi ön plana  çıxır.

 

Bəs  ölkədə  peşəkar hərbi  jurnalist  kadrlarının  hazırlanması  üçün  bu sahədə keçirilən təlim və dərslər nə dərəcədə keyfiyyətlidir?

 

AzEdu.az – a açıqlamasında   "Konflikt  jurnalistikası  məktəbi” layihəsinin  rəhbəri  Əlisəfa Mehdi  bu  mövzuya  aydınlıq  gətirib:

 

“2015-ci  ildən  etibarən  jurnalistlər  üçün  mütəmadi olaraq   risklərdə və  konfliktlərdə  davranış  təlimləri  keçirilir, eyni zamanda bunun təlim bazası yaradılıb.  Birinci Qarabağ müharibəsi, ümumilikdə Azərbaycan mütəqilliyini geri qazandığı  vaxtdan sonrakı dövrdə isə bu sahədə kifayət qədər təcrübə əldə edildi. Belə desək, hazırda  konflikt (eksterimal ; hərbi) jurnalistika  mövzusunda  təlim  keçmək üçün  həm təcrübi, həm də elmi-nəzəri baza var. Sadəcə olaraq,  bunu bir balaca optimallaşdırmaq  gərəkdir”.

 

Azərbaycanda  konflikt  jurnalistikası sahəsində hansı dəyişiklik və yeniliklərə ehtiyac olduğu zaman-zaman vurğulanır. Ə.Mehdi bu barədə danışarkən aşağıdakı təklifləri qeyd edir:

 

“Bu işin bir tərəfi təcrübə, digər tərəfi isə yaradıcılıqdır. Hazırda İkinci Qarabağ müharibəsində döyüş  meydanlarından bizə informasiya ötürən jurnalistlərin demək olar ki, əksəriyyəti  konflikt  jurnalistikası  təlimlərində  iştirak edib, konkret  riskli  zonalarda  davranma  vərdişlərini  mənimsəyiblər. Amma jurnalistika  özü  mahiyyət etibarı  ilə yaradıcı  və  intellektual sahə olduğu üçün onların  ötürdüyü  informasiya  artıq onların özlərinin yaradıcılığına bağlıdır. Bu artıq qabiliyyət və istedaddan asılıdır, onunla bağlı təlim keçmək mümkün deyil. Artıq  jurnalist  informasiyanı  ötürərkən  yaradıcılığından  faydalanmalıdır. Hazırda bir neçə  hərbi jurnalistimiz var ki, onlar öz fəaliyyətlətləri ilə seçilir.

 

 

Hazırda  cəbhə bölgəsindən birbaşa informasiya  ötürən bir çox jurnalistlərimiz var. Ekpert onların fəaliyyətini bu cür qiymətləndirir:

 

 

“Konkret olaraq bu sahəni seçib, sırf bu sahə üzrə informasiya ötürən jurnalistlərin  fəalliyini  normaldır.  Əgər bu gün ölkə ərazisində internet imkanları  məhdudlaşdırılıbsa, cəbhədən gələn informasiyalar müəyyən qədər  “ütülənib” ötürülürsə,  artıq burada jurnalistlərimizi qınamaq  doğru  olmaz. Çünki jurnalistlərimiz peşəkardırlar və lazımi  informasiyanı  ötürürlər.  Ancaq bununla yanaşı  hazırda  cəbhədə  “paraşüt”  jurnalistlər də  var. Yəni bu sahə üzrə heç bir təlim keçməyib, hazırlanmayıb və konkret məlumatı  yoxdur.  Birdən-birə  hadisələrin mərkəzinə düşür və cəbhədən  informasiya  ötürür. Halbuki  jurnalistika peşəkarlğı yoxdur, ekstremal situasiyada davranışı, hərbi sahəni, döyüş bölgəsindən düzgün informasiya ötürməyi bilmir. Belə desək vətəndaş  jurnalistikası  ilə məşğul olur.

 

 Buna baxmayaraq onlar da hansı informasiyanı ötürməyin lazım olub - olmadığını bilirlər. Bununla yanaşı hazırda qızğın döyüşlərin getdiyi zonadan  jurnalistlərimiz birbaşa  informasiya ötürə bilmirlər, çünki təhlükəsizlik məqsədi ilə onlar ora buraxılmır. Yəni jurnalistlər arasından daim əsgərlərlə  birlikdə hərəkət edən, konkret döyüş anlarını qeydə alan şəxlər seçilmədi. Bu səbəblə biz cəbhədən qızğın döyüş səhnələri izləyə bilmirik və bu çox məyusedicidir. Ona görə ki, biz bu şərəf tariximizi  yazdığımız  prosesi  əlimizdə olan materiallarla sənədləşdirməli, arxivləşdirməli idik.

 

Ancaq çox təəssüf  ki, bu zamanlarda əlimiz boş qalır.

 

Konflikt ( eksterimal;hərbi) jurnalistika  təlim olaraq deyil də Jurnalistika fakultəsində “Hərbi jurnalistika “ fənni olaraq niyə tədris edilmir?

 

-Jurnalistika fakultəsinin bəzi müəllimləri eksterimal  jurnalistika kursu keçib, onlardan biri də Akif  Rütəmovdur. Eyni zamanda  bu sahədə jurnalistlərimizi  bir qədər məlumatlandırmışıq. Konflik jurnalistikası təcrübə ilə bağlı olduğu üçün  onu auditoriyalarda öyrətmək mümkün deyil. Hərbi jurnslitika da Konflik jurnalistikasının tərkib hissəsidir. Əslində Hərbi jurnalistika əsasən Müdafiə Nazirliyinin Hərbi Akademiyasında keçirilməlidir. Biz  mülkü  jurnalistlərik və heç bir halda hərbi jurnslist ola bilmərik.

 

Hazırda  hərbi jurnalistlər əsasən “Azərbaycan ordusu” qəzetində, hərbi geyimdə fəaliyyət göstərirlər. Digərləri mülki jurnalistlərdir, sadəcə olaraq döyüş sahəsindən informasiya  ötürürlər. Hərbi jurnalist olmaq üçün kifayət qədər hazırlıqlı olduqdan sonra onlara  “stringer jurnalist” deyilir.  Mülkü  jurnalistlər konkret döyüş sahəsindən informasiya ötürmək üçün hazırlanmalıdırlar. Bunun üçün də Müdafiə Nazirliyi, Fövqəladə  Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin ortaq tərəfdaşlığı ilə xüsusui təlimlər keçirilməlidir.

 

Qeyd edək ki, hazırda cəbhə bölgəsində  ordumuzun işğaldan azad etmə əməliyyatları davam edir.

 

Qarabağ Azərbaycandır!