Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-22 12:19:00
Vətən səni çağırır, qalx ayağa,vətən oğlu

Ali Baş Komandanın cəsarətli addımından və müzəffər Azərbaycan Ordusunun sürətli Zəfər yürüşündən vəcdə gələn, uzun illər Azərbaycan Daxili İşlər Orqanlarında mühüm vəzifələrdə çalışmış qocaman polis polkovniki neçə gündən bəri Zəfər günümüzü intizarla gözləyən Xalid Səfərəliyev öz hisslərini şeir dili ilə Ali Baş Komandan İlham Əliyevə və qanlı savaşlarda ölüm-dirim mübarizəsi aparan Aslanlarımıza belə çatdırır:

Vətən səni çağırır, 

 Qalx ayağa,Vətən oğlu! 

 Geyin əsgər paltarını, 

 Tax poqonu, al silahı.   

Koroğlu tək nərə çəkib, 

 Hayqıraraq, gir səngərə! 

 Çək tətiyi, vur erməni dığasını,   

Azad olsun torpağımız,   

Zəfər çalsın Vətənimiz!   

Ermənilər qoyub qaçsın, 

 Azərbaycan torpağını!   

Qoy, üçrəngli Bayrağımız, 

Dalğalansın:

—   Xankəndində, Ağdərədə!   

Şuşa, Laçın, Kəlbəcərdə!   

Xocalıda, Füzulidə!   

Zəngilanda, Qubadlıda! 

 Cəbrayılda!

   Digər Vətən torpağında! 

 Vətən sənə əhsən desin, 

 Şücaət və təpərinə!

   Vətən sənə oğul desin,

   Səndə olan qeyrətinə!   

Qoy səninlə qürur duysun, 

 Zəfər çalsın Azərbaycan! 

 Vətən oğlu, Vətən oğlu!