Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-19 15:14:00
Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti təxirə salındı

“Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər” barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2 noyabr 2020-ci il tarixinədək bütün təhsil müəssisələrində əlavə tətil günlərinin müəyyən edilməsi nəzərə alınaraq, yerdəyişmə prosesinin həyata keçirilməsi müvəqqəti təxirə salınır.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, elektron portalın açılma tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.