Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-19 09:54:00
ADAU tərəfdaş universitetlərə erməni terroru ilə bağlı müraciət ünvanlayır

Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) erməni terroru barədə tərəfdaş universitetlərə və təşkilatlara müraciət ünvanlayır.

 

AzEdu.az xəbər verir ki, bu barədə ADAU-dan bildirilib.

 

Qeyd olunub ki, ADAU erməni terroru, Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin, eləcə də elan olunmuş humanitar atəşkəsin kobud şəkildə pozulmasını, dinc insanların məqsədli şəkildə öldürülməsini, o cümlədən Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücumunu özündə əks etdirən məktubu ingilis dilində tərəfdaş universitetlərə, təşkilatlara, habelə beynəlxalq gənclər təşkilatlarına göndərməkdə davam edir.