Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-16 17:55:00
Qiymətləndirmə tapşırıqları üzrə hazırlıq kursları onlayn formada təşkil olunacaq  

Dövlət İmtahan Mərkəzində (DİM) rus dili, fizika, biologiya və tarix fənlərindən buraxılış və qəbul imtahanlarında istifadə olunan qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kurslarına qeydiyyat oktyabrın 1-də başa çatıb.

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, koronavirus (COVID-19) pandemiyası ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejiminin qaydaları nəzərə alınaraq hazırlıq kurslarının məşğələlərinin noyabrda onlayn formada keçirilməsi planlaşdırılır.

 

Hazırlıq kurslarının fəaliyyət qrafiki haqqında noyabr ayında əlavə məlumat veriləcək. 2017-ci ildə kursu bitirmiş və sertifikat almış müdavimlər üçün sertifikatların qüvvədə olma tarixi 2022-ci ilin yanvar ayınadək uzadılır.