Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-16 11:37:00
  İnternet problemi ilə bağlı  aidiyyəti qurumlarla danışıqlar aparılır – Emin Əmrullayev

 

 

“Məktəblərdə tətil elan edilib. Noyabrda olan tətilin vaxtı 1 həftəlik dəyişildi. Bu müddətdə bu və ya başqa formada tədris aparılmır. Şagirdlər arasında yoluxma kütləvi olmayıb.

 

Sadəcə onlar evdə valideynləri və cəmiyyətdə başqa insanlarla ünsiyyətdə olurlar. Bu səbəbdən 2 həftə olacaq dəyişiklikləri gözləmək lazımdır”.

 

AzEdu.az-ın məlumatına görə, bu fikirləri Emin Əmrullayev mətbuat konfransı zamanı bildirib. O, distant təhsildə yaranmış internet probleminin həlli üçün aidiyyəti qurumlarla danışıqlar getdiyini vurğuladı:

 

“İnternet problemi ilə bağlı  aidiyyəti qurumlarla danışıqlar aparılır. Oktyabrın sonunda geniş məlumat veriləcək. Tədrisi vahidləşdirməyə qaytarmaq üçün bu tətildən istifadə edilə bilər”.  

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları