Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-16 11:20:00
Nazir: Gün ərzində bu qədər məktəbi bağlamağa məcbur olduq

 

“Son günlərdə 10-15 məktəbi bağlamağa məcbur olduq”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyi və TƏBİB-in birgə keçirdiyi brifinqdə deyib

 

O, məktəblərdə COVİD-19-a yoluxma faktından söz açıb:

 

“Qonşu ölkələrdə koronavirusun ikinci dalğası müşahidə edilir. Təhsil Nazirliyi məktəblərdə yoluxanlarla bağlı ictimaiyyətə gündəlik  məlumat verir. 15  sentyabr-5 oktyabr aralığında  iki məktəb  distant təhsilə keçdi.

 

İndiki zamanda  isə 10-15 məktəbi  bağlamağa məcbur olduq”.

 

Qeyd edək ki, 2 noyabra kimi ölkədə olan bütün təhsil müəssisələrində tətil elan edilib.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları