Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-16 11:14:00
  “Təhsil müəssisələri artıma təkan verən yerlər kimi qiymətləndirilir”- Emin Əmrullayev  

 

 

“Son günlərdə COVİD-19-un sürətlə artması , həmçinin hərbi vəziyyəti də nəzərə alsaq, təhsil sistemi üçün böyük risk yaranıb.

 

Təhsil müəssisələri artıma təkan verən yerlər kimi qiymətləndirilir. 19-2 noyabr müddətində təhsil müəssislərində tətil elan edildi”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Naziri Emin Əmrullayev Operativ Qərargahın brifiqində səsləndirib.

 

O, Ermənistan tərəfindən atılan ağır artilleriya nəticəsində zərər dəyən infrastruktur və insan resursu barədə də statistikanı açıqlayıb:

 

“27 sentyabrdan Ermənistanın təcavüzü nəticəsində bölgələrimizə ağır arilleriya və roket zərbələri endirilir. Bu cəbhə xəttində olan məktəblərə təsirsiz ötüşmədi. 40-a qədər məktəbə zərər dəyib. 1221 təhsil müəssisəsi öz fəaliyyətini bu səbəbdən distant formaya keçib. 3 şagirdimiz həlak olub, 15 şagirdimiz müəyyən xəsarətlər alıb”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları