Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-15 17:45:00
Prezident yeni qələbə xəbəri verdi - Daha 6 kənd azad olundu - SİYAHI

Ali Baş Komandan İlham Əliyev azad olunmuş daha 6 kəndin adını açıqlayıb.

 

AzEdu.az xəbər verir ki, Prezident bu barədə özünün "Twitter"hesabında bildirib:

 

"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"