Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-14 17:03:00
“Düşmənin texnikası məhv edilməsəydi, atılacaq raket Bakıya düşə bilərdi” - RƏSMİ

 

“Azərbaycan Ermənistanla sərhədyanı dövlətdir. Ermənistan silahlı qüvvələri şəhərlərimizə zərbələr endirirlər”.

 

AzEDu.az-ın  məlumatına görə, bunu Hərbi Hava Qüvvələrinin Qərargah rəisi, general-mayor İkram Əliyev atəşkəs qərarından sonra cəbhədə baş verən hadisələrlə bağlı brifinqdə çıxışı zamanı bildirib.

 

Onun sözlərinə görə, dünən düşmənin texnikası məhv edilməsəydi, atılacaq raket Bakıya da düşə bilərdi:

 

“O zaman zərər törədə və infrastruktura ziyan dəyə bilərdi. Kəşfiyyat məlumatlarına görə, Ermənistan Xankəndi ətrafında Ballıca yaşayış mövqeyindən “Toçka-U” raketi ilə şəhərlərimizə zərbələr endirib”.

 

“Dağlıq Qarabağda yerləşən ümumqoşun hissələrində  “Elbrus” raketi yoxdur. Bu, Ermənistanın 71-ci raket alayının tərkibindədir. Həmin alay Ermənistanın Stepanavan şəhərində dislokasiya olunub”, - deyə general əlavə edib. (oxu.az)