Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-14 16:51:00
“Hədəf Nəşrləri” gəlirini orduya bağışlayacaq

Ölkənin ən böyük nəşriyyatlarından biri “Hədəf Nəşrləri” qələbə gününədək nəşriyyatdan alınan bütün kitablarının gəlirini Azərbaycan Silahlı Qüvvələrinə bağışlayacağını elan edib.

 

AzEdu.az xəbər verir ki, Bu barədə nəşriyyatın direktoru Səbuhi Şahmursoy öz sosial şəbəkə ünvanında açıqlama yayıb:

 

“"Hədəf Nəşrləri" olaraq indiyədək Azərbaycan Silahlı Qüvvələrinə maddi dəstək olduğumuz bir neçə kampaniyaya qoşulmuşuq. Amma ürəyimiz yenə orudumuzla döyünür. Qərara gəldik ki, müharibə bitənə və qələbə qazananadək nəşriyyatın özündən alınan bütün kitabların gəlirini fədakar orudumuza bağışlayaq. Odur ki, "Hədəf Nəşrləri"nin ofisinə gələrək və ya nəşriyyatın özündən sifariş edərək aldığınız bütün kitabların gəliri bizi hər gün qələbəyə yaxınlaşdıran ordumuza sərf olunacaq. Sadiq oxucularımızı bu kampaniyada aktiv olmağa dəvət edirik. Bu təklif hər hansısa bir mağazadan deyil, yalnız nəşriyyatdan alınan kitablara aiddir.

 

Biz birlikdə güclüyük!

 

Qarabağ da, şübhəsiz, Azərbaycandır!”

 

Qeyd edək ki, “Hədəf Nəşrləri” bundan əvvəl də iş adamlarının yaratdığı Qələbəyə Dəstək Hərəkatının fonduna pul köçürmüş və prosesdə aktiv iştirak etmişdi.