Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-14 15:36:00
Təhsil naziri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb

Oktyabrın 14-də Təhsil naziri Emin Əmrullayev Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Viktor Şederkenyi ilə görüşüb.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Macarıstan arasında təhsil sahəsində əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə olunub və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.