Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-14 14:49:00
Azərbaycanda koronavirusa yoluxanların sayı 400-ə yaxınlaşdı: Dörd nəfər öldü 

Azərbaycanda koronavirusa (COVID-19) 369 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, dörd nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayı 2564 nəfərdir.

 

Ölkədə son sutka ərzində 6734, hazırkı dövrədək isə 1193870 test aparılıb.

Bu gün koronavirusa yoluxan üç nəfər ölüb. Ümumi ölənlərin sayı 616 nəfərdir.

Ümumi yoluxanların sayı 42750 nəfər, ümumi sağalanların sayı 39570 nəfərdir.