Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-14 11:38:00
Sabirabad RTŞ-in rəhbəri: “Son qərardan sonra müəllimlərə xüsusi icazə veriləcək”

 

 

Nazirlər  Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.

 

Dəyişikliyə əsasən, xüsusi karantin rejimi dövründə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılıb.

 

Bu Qərar 2020-ci il 14 oktyabr saat 00:00-dan qüvvəyə minib.

 

 

“Sabirabadın giriş-çıxışı məhdudlaşdırılan kəndlərində başqa rayonlardan gələn müəllimlər də çalışır. Hər məktəb direktoruna tapşırılıb ki, onlar üçün xüsusi icazə kağızı verilsin. Müəllimlər üçün hər cür şərait yaradılacaq ki, dərs proqramına təsiri olmasın. Rayonun giriş-çıxışı məhdudlaşdırılan  Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərində dərslər həm ənənəvi, həm də distant formada davam etdirilir”.

 

Bunu AzEdu.az-a açıqlamasında RTŞ rəhbəri Pəhlivan Qarayev bildirib.

 

O, məktəblərdə virus əleyhinə tədbirlərin ciddi şəkildə aparıldığını da vurğuladı:

 

 

“Hazırda məktəbdəyəm və direktorlarla danışıqlar aparılır, təlimatlar verilir.  Məktəblərdə koronavirus əleyhinə tədbirlər davam etdirilir. Hər gün dərsdən sonra sinif otaqları dezinfeksiya olunur.

 

Dərs zamanı müəllimlər sipərlərdən, şagirdlər isə maskalardan istifadə edirlər. Şagird sıxlığı yaşanmasın deyə həftənin 1,3 və 5-ci günləri bir qrup, 2,4 və 6-cı günləri isə digər qrup şagird əyani dərslərə qatılır”.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları