Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-18 13:36:40
Bəşər tarixinə ən böyük zərbə vuran elmi ixtira -  “Dəhşətlər atası” olan  alim

Elmi ixtiralar, kəşflər  hər  zaman özünün müsbət səciyyəsi ilə seçilməyib. Onlardan bəziləri hətta insanlıq tarixinə zərbə vuracaq  gücdə  də  olub.

 AzEdu.az  xəbər verir ki, ixtirası ilə dünyaya  ən böyük zərbə vuran insanlardan biri də tetraetil qurğuşun maddəsi və “cfc” -“ətriyyatda istifadə edilən xüsusi qazın  ixtiraçısı Tomas Midqleydir.

Əvvəlcə birinci ixtirasından- tetraetil qurğuşun maddəsindən danışaq. Bu icad təhlükəli nerotoksin xüsusiyyətinə malik bir maddədir. Maddəyə məruz qalan canlıların beyni və mərkəzi sinir sistemi heç zaman bərpa olunmayacaq şəkildə zədələnir. Tetraetil qurğuşun maddəsi insanda korluq, yuxusuzluq, böyrək çatışmazlığı, karlıq, xərçəng və iflic kimi ağır nəticələrə  də yaradır. Lakin zamanında nə dərəcədə təhlükəli olduğu tam aşkarlanmayan bu icad, maşın mühərriklərinin təmiri zamanı məişət avadanlığı kimi istifadə edilirdi. 

Midqleyin ixtiraçısı olduğu tetraetil  qurğuşun maddəsi ilə işləyən zavodları get-gedə insan qəbiristanlığına çevrildi. Xeyli insanın ölümü ixtiraçının qanunsuz yollara əl atmağa məcbur etdi. O, pul və nüfuzdan yararlanaraq, bu məsələni ört-basdır etdi. Nəticədə tetraetilin ölümcül zərbələri 20 il bütün bəşəriyyət üçün gizli qaldı. Bu illər ərzində isə xeyli adam zəhərli maddədən dünyasını dəyişdi. 

Mənfur ixtiraçının insanlıq üçün növbəti bəlası isə “cfc”- ətriyyalarda, odekolonlarda  bir zamanlar istifadə edilən xlorokarbonat qazıdır. Bu ixtira Midqleyin bəşəriyyətə “bəxş etdiyi” ikinci böyük bəla hesab edilir. 

Bu gün qlobal istiləşməyə səbəb olan ən təhlükəli qazların arasında yer alan “cfc” qazının 1 kiloqramı 70 min kiloqram atmosfer ozonunu yox edə  bilmək gücünə malikdir. Təbii ki, bu qazın da pis təsirləri alimin birinci ixtirası kimi sonradan elmə məlum olur. Yalnız 1970-ci illərdə qazın zərərlərinə qarşı mübarizəyə başlanılır. 

Amma bu da son deyil. Ömrünün sonunda insult keçirən Tomas yenə də özünün ziyanvericilik vərdişindən qalmır. Yataqda olmasına baxmayaraq, nəsə etməyə çalışır. Nəticədə o biri ixtiralara nisbətdə az zərərverici olsa da, üçüncü icadını da həyata keçirə bilir. Amma onun son icadı zərərverici olduğu qədər də, xeyirli icad idi. Ömrü boyu insanlığın ziyanına işləyən ixtiraçı-maqnat insult olduğu ərəfədə nisbətən yaxşılaşandan sonra yataq xəstələri üçün xüsusi qurğu hazırlayır. Bu qurğu vasitəsilə xəstə çarpayıdan qalxmadan bir sıra işləri-əsasən də yazı-pozu üçün nəzərdə tutulan qurğu tam hazır olmamış ixtiraçının ölümünə səbəb olur. 

Taleyin ironiyasına bax ki, bütün ömrü boyu ziyanverici ixtiralarla məşğul olan alim həyatının sonunda xeyirli iş görmək istəyən zaman dünyasını dəyişir.