Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-13 11:54:00
2020-ci ildə vəzifəyə gələn, işdən azad edilən Təhsil Şöbə müdirləri – Siyahı və səbəblər

2020-ci ildə Rayon Təhsil şöbələrinin bir neçəsində rəhbər dəyişikliyi həyata keçirildi. AzEdu.az dəyişiklik edilən rayon təhsil şöbələrinin rəhbərləri  haqda informasiyanı təqdim edir:

 

Yeni təyinat olan rayonlardan biri Ağsudur. Ağsu rayon İcra Hakimiyyəti başçısının 24 aprel 2020-ci il tarixli, 56 nömrəli sərəncamı Aqil  Həsənov ilə Ağsu rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.O, 2007-2011-ci illərdə Ağsu rayonu Mustafalı kənd ümumi orta məktəbində, 2011-2020-ci illərdə Muradlı kənd tam orta məktəbində direktor işləyib.

 

 Ondan əvvəl isə Ağsu rayon Təhsil şöbəsinin müdiri vəzifəsini  Səftər Əliabbasov icra edirdi. S.Əlabbasov 2017-ci ildə Ağsu rayon Təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunub.O,  öz ərizəsi ilə işdən azad olunub.

 

12 oktyabr 2020-ci il tarixində Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov işdən çıxarılıb. Nazirlikdən verilən məlumata görə, araşdırmalar nəticəsində məlum olub ki, Sahib Məmmədov işlədiyi dövr ərzində vəzifə funksiyalarının icrasında səhlənkarlığa yol verib. Həmçinin şəhərin təhsil göstəricilərinin yaxşılaşdırılması istiqamətində ciddi fəaliyyəti müşahidə edilməyib. Hazırda bu vəzifəyə yeni təyinat gözlənilir.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları