Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-13 10:32:00
Məcburi köçkün rayonlarının son qəbul göstəriciləri – Yüksək nəticələr, 600 ballar…

2019/2020-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə tələbə qəbulu DİM tərəfindən “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları”na əsasən aparılıb.

 

27 sentyabrdan Ali Baş Komandan tərəfindən ölkə ərazisində hərbi vəziyyət elan edilib. İşğalçı Ermənistanın sentyabrın 27-sindən başlayan təxribatlarına cavab məqsədilə aparılan əks-hücum əməliyyatlarının 16-cı günü başa çatıb.

 

AzEdu.az işğal altında olan bölgələrimizin 2019-2020-ci tədris ili üzrə qəbul göstəricilərini təqdim edir:

 

Ağdam rayonu: 2019-cu ildə rayonun ümumtəhsil müəssisələrini 1307 şagird bitirib və onların 1275 nəfəri buraxılış imtahanında iştirak edib. Ümumilikdə attestat alanların  73.77%-i (945 nəfəri) ali təhsil müəssisələrinə qəbul kampaniyasına qatılıb.

 

İmtahanlarda iştirak edənlərin 56.08%-i tələbə adını qazanıb. Fizika, kimya və biologiya fənləri üzrə göstəricilər respublika üzrə orta göstəricilərdən yuxarıdır.

 

Abituriyentlərin əksəriyyəti  Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub. Bu il rayonun ən yaxşı məktəbləri sırasında 34 saylı və Qaradağlı kənd tam orta məktəblərini qeyd etmək olar.

 

Cəbrayıl rayonu: 2019-cu ildə rayonun ümumtəhsil müəssisələrini 694 şagird bitirib və onların 688 nəfəri buraxılış imtahanında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 321 məzunu (imtahanlarda iştirak edənlərin 56.22%-i) tələbə adını qazanıb. Attestat alanların 82.15%-i (566 nəfəri) I-IV qruplar üzrə qəbul imtahanlarında iştirak edib.

 

Biologiya fənni üzrə göstərici respublika üzrə orta göstəricidən yuxarıdır. Bu il rayonun ən yaxşı məktəbləri sırasında Hovuslu kənd tam orta məktəbini qeyd etmək olar.  

 

Füzuli rayonu: 2019-cu ildə rayonun ümumtəhsil müəssisələrini 1072 şagird bitirib və onların 1052 nəfəri buraxılış imtahanında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 418 məzunu (imtahanlarda iştirak edənlərin 57.58%-i) tələbə adını qazanıb. Rayonun məzunlarının 63 nəfəri 500-dən, o cümlədən 15 nəfəri 600-dən yuxarı bal toplayıb.   Abituriyentlərin  çoxu Bakı Dövlət Universiteti və Sumqayıt Dövlət Universitetinə qəbul olub. Bu il rayonun ən yaxşı məktəbləri sırasında 46 saylı tam orta məktəbi qeyd etmək olar.

 

Xocalı rayonu: 2019-cu ildə rayonun ümumtəhsil müəssisələrini 125 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 49 məzunu (imtahanlarda iştirak edənlərin 48.04%-i) tələbə adını qazanıb. Rayonun məzunlarının 7 nəfəri 500-dən, o cümlədən 2 nəfəri 600-dən yuxarı bal toplayıb.

 

Xocavənd rayonu: 2019-cu ildə rayonun ümumtəhsil müəssisələrini 115 şagird bitirib və onların 112 nəfəri buraxılış imtahanında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 43 məzunu (imtahanlarda iştirak edənlərin 43.88%-i) tələbə adını qazanıb. Rayonun məzunlarının 9 nəfəri 500-dən, o cümlədən 2 nəfəri 600-dən yuxarı bal toplayıb. Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun Xocavənd şəhər 2 saylı və Əmirallar kənd tam orta məktəbləri daxil olub.

 

Kəlbəcər rayonu: 2019-cu ildə rayonun ümumtəhsil müəssisələrini 1144 şagird bitirib və onların 1129 nəfəri buraxılış imtahanında iştirak edib. Tarix fənni üzrə göstərici respublika üzrə orta göstəricidən yuxarıdır. Rayonun məzunlarının 77 nəfəri 500-dən, o cümlədən 14 nəfəri 600-dən yuxarı bal toplayıb. 

 Abituriyentlərin  çoxu Gəncə Dövlət Universiteti və Bakı Dövlət Universitetinə qəbul olub. Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun 1, 28, 56, və 117 saylı tam orta məktəbləri daxil olub.

Qubadlı rayonu: 2019-cu ildə rayonun ümumtəhsil müəssisələrini 445 şagird bitirib və onların 444 nəfəri buraxılış imtahanında iştirak edib. Ana dili, ədəbiyyat, riyaziyyat, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə göstəricilər respublika üzrə orta göstəricilərdən yuxarıdır. Rayonun məzunlarının 54 nəfəri 500-dən, o cümlədən 12 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Sumqayıt Dövlət Universitetinə qəbul olub. Qəbul imtahanlarında 31 məktəbin məzunları iştirak edib.

 

Laçın rayonu: 2019-cu ildə rayonun ümumtəhsil müəssisələrini 890 şagird bitirib və onların 885 nəfəri buraxılış imtahanında iştirak edib. Ana dili və ədəbiyyat fənləri üzrə göstəricilər respublika üzrə orta göstəricilərdən yuxarıdır. Rayonun məzunlarının 62 nəfəri 500-dən, o cümlədən 13 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub. Bu il rayonun ən yaxşı məktəbləri sırasında 2 saylı tam orta məktəbini qeyd etmək olar.

  

 Zəngilan rayonu: 2019-cu ildə rayonun ümumtəhsil müəssisələrini 477 şagird bitirib və onların 473 nəfəri buraxılış imtahanında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 270 məzunu (imtahanlarda iştirak edənlərin 63.68%-i) tələbə adını qazanıb. Attestat alanların 87.79%-i (417 nəfəri) I-IV qruplar üzrə qəbul imtahanlarında iştirak edib. Ana dili, ədəbiyyat və tarix fənləri üzrə göstəricilər respublika üzrə orta göstəricilərdən yuxarıdır. Rayonun məzunlarının 42 nəfəri 500-dən, o cümlədən 9 nəfəri 600-dən yuxarı bal toplayıb.   Abituriyentlərin ən çoxu Bakı Dövlət Universitetinə qəbul olub.  Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun 26, 28, 34 və 36 saylı tam orta məktəbləri daxil olub.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları