Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-12 13:29:00
BP-nin vitse-prezidentindən tələbələrə müraciət: “Beynəlxalq  platformalarda aktiv olaq”

 “Hazırda  ön cəbhədə  olmayan hər kəsin Vətənə ən böyük töhfəsi informasiya  müharibəsində  iştirak etməkdir”

 

AzEdu.az  xəbər verir ki, bu sözləri  BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

 

O bildirib ki, xüsusilə xarici dilləri bilənlərin üzərinə böyük vəzifə düşür.

 

Vitse-prezident beynəlxalq informasiya məkanındakı  dezinformasiyalara susmamalı   olduğumuzu  bildirərək  tələbələrə çağırış edib:

 

“Azərbaycan  informasiya  məkanında deyil – beynəlxalq  platformalarda aktiv olaq;

 

Beynəlxalq  informasiya  agentlilklərinin səhifələrində dezinformasiyalara münasibət bildirək. Əsasən məqalə müəlliflərinə birbaşa (e-mail və ya messenger) müraciət edərək səbrlə faktları və həqiqətləri bölüşək;

 

Məqalə, poster, infoqrafika, şərh – hər biri keçərlidir;

 

Hashtag’lərdən istifadə edək – informasiya agentliklərini tag edək;

 

Xarici dil bilməyənlər – yazılanları aktiv şəkildə paylaşaq;

 

Son olaraq – “Düşmənə ciddi zərbələr vurmuşuq. Gözləmədiyi məğlubiyyət hikkəsindən boğularaq hər cür təxribat və dezinformasiyaya  əl atır. DÖVLƏTİMİZƏ VƏ ORDUMUZA DƏSTƏK OLAQ”- deyə o bildirib.

 

Qarabağ  Azərbaycandır!