Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-12 11:45:00
Universitetlərimiz Silahlı Qüvvələrə Yardım Fonduna nə qədər ianə etdilər? –SİYAHI

Qarabağda əks-hücum əməliyyatları başladığı gündən etibarən bir çox hökumət və qeyri-hökümət müəssisə və təşkilatları, eləcə də özəl şirkət və sahibkarlıq obyektləri, fərdi şəxslər  orduya dəstək məqsədi ilə Silahlı Qüvvələrə Yardım Fonduna  ianə ediblər.

 

Əksər ali təhsil müəssisələri də fonda müəyyən miqdarda vəsait köçürərək bu aksiyaya qoşulub.

 

AzEdu.az  Silahlı Qüvvələrə Yardım Fonduna ianə edən ali təhsil müəssisələrinin siyahısını təqdim edir:

 

1.Bakı Dövlət Universiteti – 200 min manat;

 

2.Azərbaycan Tibb Universiteti - 200 min manat;

 

3.Azərbaycan Diplomatik Akademiyası(ADA) – 100 min manat;

 

4.Azərbaycan Dövlət İqtisad Universiteti – 100 min manat. Hazırda UNEC əməkdaşlarının Silahlı Qüvvələrə Yardım Fonduna könüllü olaraq vəsait köçürməsi prosesi davam edir;

 

5.Qərbi Kapi Universiteti – 100 min manat;

 

6.Azərbaycan Dövlət Pedoqoji Universiteti - 100 min manat;

 

7.Azərbaycan Texniki Universiteti – 76 min manat;

 

8.Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – 50 min manat;

 

9.Azərbaycan Memarlıq və İnşaat Universiteti – 50 min manat;

 

10.Azərbaycan Dillər Universiteti – 52 min 340 manat ;

 

11.Bakı Slavyan Universiteti – 20 min manat;

 

12.Bakı Mühəndislik Universiteti – 50 min manat. BMU –nun Həmkarlar İttifaqı Komitəsi isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 5 min manat vəsait köçürüb;

 

13.Bakı Ali Neft Məktəbi – 11 min manat;

 

14.Gəncə Dövlət Universiteti – 52 min manat;

 

15.Sumqayıt Dövlət Universiteti – 52 min manat;

 

16.Azərbaycan İlahiyyat İnstitutu – 7 min 200 manat;

 

17.Lənkəran Dövlət Universiteti – 20 min manat ;

 

18.Azərbaycan Dövlət Aqrar Universiteti – 40 min manat;

 

19.Bakı Musiqi Akademiyası – 10 min manat;

 

20.BDU-nun Qazax filialı – 10 min manat;

 

Son olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi isə Silahlı Qüvvələrə yardım fonduna 50 min manat vəsait köçürüb.

 

Qeyd edək ki, bununla yanaşı azərbaycan universitetləri cəbhədə olan əsgərlərə yardım məqsədi  ilə bir çox layihələr təşkil edir.

 

Bu layihələr çərçivəsində müəllim və tələbə kollektivləri əsgərlərin ailələrinə maddi və mənəvi dəstək göstərir, eyni zamanda cəbhə bölgəsinə əsgərlərimiz üçün sovqat aparırlar.

 

Qarabağ Azərbaycandır!