Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-12 10:19:00
Gələcəyi təhlükə altında olan uşaqlar: pandemiya bitsə də, bu qədər şagird məktəbdən kənarlaşacaq

Koronavirus pandemiyası səbəbindən məktəblər qapadıldığı, valideynlərin gəlirlərinin azaldığı və ya təmamilə yox olduğu üçün dünyada  minlonlarla yoxsul uşaq, ailələrinə dəstək məqsədilə təhsildən uzaqlaşmaq məcburiyyətində qaldı:

 

Uşaqlar çətin, natəmiz, hətta təhlükəli işlərdə çalışmalı oldu. Kərpic, qum daşımaq, zibil toplamaq, dilənçilik etmək və s. kimi... Bu, dünyanın ən saf varlıqları olan uşaqlar üçün dözülməz haldır. Gələcəyinə ümid bəslənən xeyli şagirdin təhsili yarımçıq qaldı. Hətta məktəblər yenidən ənənəvi qaydada açılmağa başlayanda belə bu uşaqların dərsə dönüş faizi azdır.

 

Hindistan, məktəblilərin ən çox koronavirusa yoluxduğu ölkədir. Ölkənin qanunlarına görə, 14 yaşdan aşağı uşaqların işləməsinə icazə verilmir. Xüsusilə koronavirus pandemiyasından sonra qanuna qətiyyən əməl olunmadı. Hindistanda pandemiyadan sonra zorla evləndirilmə, erkən yaşda hamiləlik və uşaq oğurluğu artmağa başlayıb.

 

BMT pandemiya səbəbiylə 24 milyon şagirdin birdəfəlik məktəbi tərk etdiyini təxmin edir. Dünya üzrə 1 milyard şagird məktəblərin qapadılmasından təsirləndi. Uşaqların yaşı artdıqca və ailəlırinin onların puluna ehtiyacı olduqca məktəbə qayıdış çətinləşir. Bu maddi bağlılığın aylarca və illərlə davam edəcəyi koronavirusa bağlıdır.

 

Hindistanın Bihar əyalətində ağır daşların daşınmasında çalışan 12 yaşlı Mümtaz belə deyir: “Məktəblər yenidən açıldığında belə ailəmin borcu səbəbindən bu işi görməyə davam edəcəyimdən qorxuram”.

 

Bütün dünyada xüsusilə Asiyada yoxsulluq illərdir azalmaqda idi və bunun sayəsində xeyli uşağın məktəbdə qalmasına kömək olunurdu. Artıq bu uşaqların xəyalları təhlükə altındadır.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları