Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-12 09:00:00
Ermənilərin tabor komandiri, canlı qüvvəsi və hərbi texnikası MƏHV EDİLDİ

Cəbhə boyu vəziyyət gərgin sabit olaraq qalır.
 

Müdafiə Nazirliyindən  AzEdu.az-a verilən məlumata görə, oktyabrın 11-dən 12-ə keçən gecə gedən Xocavənd rayonunun Qırmızı Bazar məntəqəsi istiqamətinə endirilən artilleriya zərbəsi nəticəsində düşmənin 1-ci alayın daimi dislokasiya məntəqəsində yeraltı sığınacaq və  geri çəkilən bölməsinin 2 texnikası məhv edilib.

 

Məlumata əsasən canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 246-cı alayın tabor komandiri polkovnik-leytenant Artur Qriqoryan da var.

 

Ermənistan silahlı qüvvələrinin 1-ci alayının müdafiə sahəsində geri çəkilən bölmələr arasında rabitə və qarşılıqlı əlaqənin pozulması səbəbindən bölmələr bir-birinə atəş açıb.Tankəleyhinə və digər bölmənin şəxsi heyəti də döyüş mövqelərini tərk edib.

 

Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünə malikdir.