Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-11 11:31:00
Hikmət Hacıyev: “Gəncəyə hücum soyqırım aktıdır"

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında ermənilərin Gəncəyə barbar hücumunu Xocalı soyqırımı ilə müqayisə edib.

 

“Ermənistanın azərbaycanlı mülki əhaliyə qarşı vandalizm və barbarlıq siyasəti davam edir. Bu, Azərbaycan xalqına qarşı Xocalı soyqırımından bəri şahidi olduğumuz bir soyqırım aktıdır”, - deyə o qeyd edib.