Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-10 12:59:00
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunan tələbələrin qeydiyyatı davam edir

Ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə 2020-2021-ci tədris ilində qəbul olunan tələbələrin təhsil müəssisələrində qeydiyyatı davam edir.

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə qəbul olunan tələbələrin təhsil müəssisələrində qeydiyyatı üçün nazirliyin https://e-telebe.edu.az elektron portalı fəaliyyət göstərir. Tələbələr təhsil müəssisələrində qeydiyyatdan keçmək üçün oktyabrın 12-dək elektron portalına müraciət etməlidir.

 

Xatırladaq ki, https://e-telebe.edu.azelektron portalı vasitəsilə təhsil müəssisələrində birinci kurs tələbələrinin qeydiyyatı prosesində onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olub-olmaması avtomatik qaydada müəyyən edilir. Həmin tələbələrin 2020-2021-ci tədris ilinin payız semestri üçün təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı informasiya sisteminə təkrar müraciət etmələrinə ehtiyac yaranmır.