Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-09 17:59:00
DİM Sankt-Peterburq Dövlət Universiteti (SPDU) ilə rəsmi əməkdaşlığa başlayıb

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) ilə Sankt-Peterburq Dövlət Universiteti (SPDU) arasında 2020-ci ilin əvvəlindən başlayan danışıqların nəticəsi olaraq aşağıdakı istiqamətlər üzrə layihələr hazırlanıb və onların icrasına başlanılıb.

 

1.   SPDU-nun təcrübəsindən istifadə edərək "Rus dili" fənni üzrə DİM-in buraxılış imtahanlarında (9 və 11-ci siniflər) istifadə olunan yoxlama və ölçmə materiallarının ekspertizası və təkmilləşdirilməsi. Bu istiqamətdə işin bir hissəsi artıq görülüb;

 

2.   Azərbaycanda ТРКИ (Rus dili Xarici dil kimi) imtahanlarının keçirilməsi üçün test mərkəzinin yaradılması. Bu istiqamətdə işlər yekunlaşmaq üzrədir və ТРКИ yaxın zamanda DİM tərəfindən təklif edilən xidmət kimi təqdim olunacaqdır. Qeyd edək ki, ТРКИ imtahanlarının test mərkəzləri dünyanın 30-dan çox qabaqcıl ölkəsində fəaliyyət göstərməkdədir;

 

3.   Azərbaycan məktəblərinin rus bölmələrində tədris aparan müəllimlərin ixtisasının artırılması üçün təlimlərin təşkili;

 

4.   Rus dili ilə əlaqəli bilik yarışlarına və tədbirlərə marağın artırılması.

 

Nəzərinizə çatdıraq ki, yuxarıda qeyd olunan fəaliyyətlərin həyata keçirilməsində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi, eləcə də Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi (РИКЦ) tərəfindən DİM-ə dəstək göstərilir.