Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-09 11:32:00
Direktorluğa  işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi necə təşkil olunacaq? – RƏSMİ

AzEdu.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müsabiqənin test imtahanı mərhələsi ənənəvi olaraq, Bakı şəhərində, bir məkanda deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılan imtahan mərkəzlərində karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə təşkil ediləcək.

 

Hər bir imtahan mərkəzində imtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID‑19 testindən keçiriləcək. İmtahan mərkəzlərinin hazırda qüvvədə olan sanitar-epidemioloji tələblərə uyğun olaraq dezinfeksiya edilməsi təmin ediləcək.

 

Namizədlər yaşadıqları şəhər və ya rayona ən yaxın imtahan mərkəzinə yönəldiləcəkləri üçün elektron qeydiyyatdan keçərkən “faktiki yaşadığı rayon/şəhər” xanasında hazırkı yaşayış yerini qeyd etməlidirlər.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları