Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-08 15:33:00
UNEC-in Maliyyə-İqtisad Kollecinə sənəd qəbulu aparılır

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdindəki Maliyyə-İqtisad Kollecinə 2020/2021-ci tədris ili üzrə sənəd qəbulu aparılır.

 

AzEdu.az xəbər verir ki, sənəd qəbulu prosesinin reallaşdırılması üçün universitetdə onlayn proqram təminatı hazırlanıb.

 

Abituriyentlər müvafiq sənədlərin elektron versiyasını UNEC-in rəsmi səhifəsinə (unec.edu.az) daxil olaraq tələbə kabineti qeydiyyat bölməsinə keçməklə (kabinet.unec.edu.az) sistemə yükləməlidirlər. Sənədlərin elektron versiyasını sistemə yükləməzdən öncə təlimat və video materialla tanış olmaq tövsiyə olunur.

 

Sənədlərin qəbulu oktyabrın 12-dək davam edəcək.