Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-08 12:24:00
“Erməni mərmiləri nəticəsində  Ağdamın 9 məktəbi zərər görüb” – RTŞ rəhbəri

“27 sentyabrdan bu günədək Ağdam rayonunun 9 məktəbi atılan mərmilər nəticəsində zərər görüb. Bunlardan Dördyol -2 qəsəbə  və Təzə kənd üçün tikilən modul tipli məktəblərə daha ağır zərər dəyib”.

 

Bu fikirləri AzEdu.az-a açıqlamasında Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova bildirib. O, erməni təxribatı nəticəsində təhsil müəssisələrinə dəyən ən son fəsadlar barəsində də məlumat verib:

 

“Bugün  atılan mərmilər  nəticəsində Sarıcalı 1 kənd tam orta məktəbi və Hacıturalı kənd tam orta məktəbinin müəyyən hissələri dağıdıldı.

 

Sarıcalı 1 kənd tam tam orta məktəbi 2016-cı il aprel hadisələri zamanı da indikindən daha ağır zərər gördü. Məktəb  təmir olundu, lakin yenidən artilleriya atəşinə tuş gəldi”.

 

Rayon Təhsil Şöbəsinin müdiri  təhsil sahəsində çalışanlar və şagirdlər arasında itki olmadığını qeyd edib:

 

“Təhsil sahəsində çalışan müəllimlər, texniki işçilər və şagirdlərdən bu günədək heç bir itki qeydə alınmayıb. Bu haqda məlumat yoxdur. Mülki əhalidən isə təəssüf ki, ölən və yararalananlar var”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları