Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-07 10:54:00
“10 məktəbimiz  ermənilərin atdığı raket zərbəsi nəticəsində  dağılıb”- Tərtərin  RTŞ müdiri  

 

 

 

“Tərtər  rayonunun 10 məktəbi ermənilərin atdığı raket zərbəsi nəticəsində dağılıb. Həmin məktəblər təmir olunmalıdır və daha sonra tədris prosesinə başlana bilər. Zərər görən  məktəblər bunlardır: Şıxax 1 saylı, Şıxax 2 saylı , Tərtər şəhər 5 saylı və 2 saylı tam orta, Yuxarı Sarıcalı tam orta, Qapanlı tam orta, Qarağaclı tam orta, Azadqaraqoyunlu kənd məktəbi, Qazyan ümumitəhsil  məktəbi.

 

 

AzEdu.az xəbər verir ki, bunu Tərtər rayon Təhsil Şöbəsinin müdiri Yaşar Məhərrəmov bildirib. O, atışmanın hazırda davam etdiyini və mülki əhalinin buna vərdiş etdiyini qeyd etdi:

                                                                                                       

“İnsan resursu olaraq da itkilərimiz var. 1 müəllimimiz və 1 məktəb direktorumuz yaralanıb, 1 müəllimimiz isə həlak olub. Rayonunun şagirdləri arasında itki yoxdur. Ermənilər hazırda mülki əhalini hədəf almağa davam edir. Biz artıq buna vərdiş etmişik. Dünən dağıdılan məktəbə baxmağa getdim və həmin vaxtda da məktəbin yaxınlığına roket atıldı , xoşbəxtlikdən kənara düşdü”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları